Modern.az

“Aztelekom”un dəstəyi davam edir

“Aztelekom”un dəstəyi davam edir

Aktual

18 Fevral 2026, 09:52

“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlara çıxışının artırılmasına yönəlmiş layihələrə dəstəyini davam etdirir.

Bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində bir sıra texniki və infrastruktur dəstəyi həyata keçirilib.

Görülən işlər çərçivəsində İçərişəhər, Bakıxanov və Mingəçevir YAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları ilə tam təchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internet infrastrukturu qurulub və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilib.

Həyata keçirilən bu təşəbbüslər YAŞA mərkəzlərindən faydalanan yaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyinin artırılmasına, onların asudə vaxtlarının daha səmərəli təşkilinə əlavə imkanlar yaradır.

“Aztelekom” MMC cəmiyyətin müxtəlif qruplarını əhatə edən sosial yönümlü layihələrə töhfə verməyə və rəqəmsal inklüzivliyin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR