Modern.az

Putin "oğru dünyası"ndan danışdı

Putin "oğru dünyası"ndan danışdı

Aktual

19 Fevral 2026, 16:19

Rusiya Prezidenti Vladimir Putin məhkəmə hakimlərinin illik toplantısında kiçik cinayətlərlə bağlı bəzi nüanslardan danışıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin hansısa kiçik cinayətə görə kimisə dərhal dəmir barmaqlıqlar arxasına salmağın həmişə düzgün olmadığını deyib. Prezident bildirib ki, cəza qaçılmaz olsa da, məhkəmələr bu haqda qərar verərkən diqqətli olmalıdır.

Putin "oğru dünyası" üçün səsləndirilən məşhur ifadəni sitat gətirib:

"Əlbəttə ki, hamımıza məlum olduğu kimi, “oğru həbsxanada oturmalıdır” deyilir. Amma bir nüans var. Hətta kiçik cinayətlər üçün belə, kimisə dərhal dəmir barmaqlıqlar arxasına salmaq həmişə haqlı sayılmır. Əlbəttə ki, universitet və kollec illərimizdən bildiyimiz kimi, ən vacib şey cəzanın qaçılmaz olmasıdır, amma bu cəzanın nə olması məsələsi məhz sizin sualınızdır", - deyə o məhkəmə hakimlərinə bildirib.

("Oğru həbsxanada oturmalıdır” ifadəsi Vladimir Vısotskinin baş rolda oynadığı "Görüş yeri dəyişdirilə bilməz" filmindən sitatdır).

Putin qeyd edib ki, Rusiyada məhkəməyəqədər həbsin tətbiq olunduğu işlərin sayı 6,2% azalıb, ev dustaqlığının sayı isə 2% artıb.

"Bütün bunlar azadlıq hüququnu məhdudlaşdıran məhkəməyəqədər həbs tədbirlərinin tətbiqi praktikasının müəyyən dərəcədə yumşaldılmasını göstərir", - deyə Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, cinayət işlərində alternativ cəzaların, o cümlədən şərti həbs cəzalarının, cərimələrin və ictimai işlərin tətbiqi praktikası da daha geniş yayılıb. Putin həmçinin 2025-ci ildə 125.000 məhkumun və ya ümumi məhkumların 26%-nin faktiki həbs cəzasına məhkum edildiyini göstərən statistikanı xatırladıb. Məhkumların təxminən 320.000-ni və ya 71%-i alternativ cəzalar alıb.

Prezident Ali Məhkəmədən məhkəmələrin həbsdə olan təqsirləndirilən şəxslərə qarşı işlərə baxılması müddətlərinə riayət etməsinin davamlı monitorinqini təmin etməsini istəyib.

O, həmçinin "işgüzar və digər iqtisadi fəaliyyətlər zamanı cinayət törətməkdə şübhəli və təqsirləndirilən şəxslərə qarşı qabaqlayıcı tədbirlərin və məhkəməyəqədər həbsin tətbiq edilməsinin əsaslandırılmasına" xüsusi diqqət yetirilməsini tələb edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı