Modern.az

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - RƏSMİ

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - RƏSMİ

Aktual

Bu gün, 10:30

İki gün ərzində Şamaxıda ard-arda 8 yeraltı təkan qeydə alınıb. Şamaxıda aşağı səviyyədə titrəyişlərin sayı isə 200-dən çoxdur.

Şamaxı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yeraltı təkanlardan dərhal sonra aidiyyəti qurumlarla əlaqə saxlanılıb və hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb. Bununla belə, ərazilərdə monitorinqlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi də saytımıza açıqlamasında yeni müraciətlərin daxil olub-olmamasına aydınlıq gətirib:

“Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, zəlzələlər, əsasən, Pirqulu stansiyasından 23 kilometr cənub-qərb istiqamətində baş verib. Təkanların maqnitudası 3–3,8 intervalında olub, ocağın dərinliyi isə 8–13 kilometr arasında dəyişib. Bəzi hallarda yeraltı sarsıntılar episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss edilsə də, bir sıra zəlzələlər əhali tərəfindən duyulmayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda qaça-qaç düşdü - Qardaş ölkədə müharibə başladı