Modern.az

Pezeşkiana qarşı sui-qəsd cəhdi edilib - İDDİA

Pezeşkiana qarşı sui-qəsd cəhdi edilib - İDDİA

Dünya

28 Fevral 2026, 11:23

İsrailin hücumlarında paytaxt Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərləri də hədəf alınıb.

Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yerli KİV paytaxt Tehranda baş verən partlayışların İsraildən atılan raketlər nəticəsində baş verdiyini qeyd edib.

“Fars” Agentliyində dərc olunan xəbərdə deyilir: "Partlayışların növü bunun raket hücumu olduğunu göstərir".

İran prezidenti Məsud Pezeshkianın iqamətgahı və kəşfiyyat mərkəzi də daxil olmaqla təxminən 30 hədəfə zərbə endirildiyi iddia olunur.

İsrail mənbələri prezident iqamətgahının hədəfə alınmasının Pezeşkiana qarşı sui-qəsd cəhdi ola biləcəyini irəli sürüblər. Bu iddiaların hələlik rəsmi təsdiqi yoxdur.

Qətərdə yerləşən “Əl-Cəzirə” kanalına danışan ABŞ rəsmisi və İsrailin 12-ci Kanal televiziyasına danışan İsrail rəsmisi İrandakı partlayışların ABŞ-İsrail birgə əməliyyatı olduğunu bildiriblər.

Rəsmilər deyiblər ki, "Bu, ABŞ-İsrail birgə əməliyyatıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!