Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin təcrübələrini bölüşüblər.
Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.



