Modern.az

Nə Elşən Musyaevi tanıyıram, nə də partiyasını - Bayram Nurludan TƏKZİB  

Nə Elşən Musyaevi tanıyıram, nə də partiyasını - Bayram Nurludan TƏKZİB  

Aktual

3 Mart 2026, 15:54

Sosial media fenomeni Bayram Nurlunun Demokratik Maarifçilik Partiyasına üzv olması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Modern.az məsələni dəqiqləşdirmək üçün Bayram Nurlu ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında haqqında yayılan iddiaların yalan olduğunu bildirib:

"İldə bir dəfə məni paylaşırlar ki, guya hansısa partiyaya üzv olmuşam. Mən nə Elşən Musayevi tanıyıram, nə də onun partiyasına üzv olmuşam. O, partiyaya üzv olmaq fikrim də yoxdur. Mənim heç bir partiya mənsubiyyətim yoxdur. Elşən Musayevi guya onun partiyasına üzv olmağımla bağlı paylaşımı gördükdən sonra tanımışam".

Xatırladaq ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Milli Məclisin deputatı Elşən Musayevdir.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...