Modern.az

Müharibə vaxtı oruc tutmamaq olar? - CAVAB

Müharibə vaxtı oruc tutmamaq olar? - CAVAB

Aktual

Bu gün, 11:15

28 fevral tarixindən bəri İsraillə İran arasında müharibə gedir. Müharibə öz siyasi, iqtisadi təsirlərini hər keçən gün daha aydın göstərir. Lakin bu həm də "müharibə və fövqəladə şəraitdə oruc tutmaq olarmı?" sualını doğrurur. 

Mövzu ilə bağlı Modern.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli İslam hüququnun orucla bağlı müəyyən etdiyi şərtləri izah edib.

İlahiyyatçı bildirib ki, İslam fiqhində orucun tutulması və pozulması ilə bağlı şərtlər açıq və konkret şəkildə müəyyənləşdirilib və bu şərtlər sırasında “müharibə” ayrıca səbəb kimi göstərilmir: 

"Qurani-Kərimdə orucun təxirə salınmasına icazə verilən hallar əsasən səfər və xəstəliklə bağlıdır. “Bəqərə” surəsində qeyd edilir ki, səfərdə və ya xəstə olan şəxs tutmadığı günlərin qəzasını sonradan yerinə yetirə bilər. Lakin hərbi vəziyyət və ya döyüş şəraiti birbaşa olaraq orucun tərk edilməsinə əsas kimi göstərilmir.
İlahiyyatçı vurğulayıb ki, müharibə zamanı belə ibadətlər tamamilə dayandırılmır. “Savaş anlarında belə müəyyən formada namazlar əda edilir. Bu da onu göstərir ki, ən çətin şəraitdə belə ibadət anlayışı aradan qalxmır, sadəcə şərtlərə uyğunlaşdırılır”.

Ağa Hacıbəyli əlavə edib ki, orucun pozulması üçün fiqhi əsaslar konkret şəkildə müəyyən edilib:

"Bu şərtlərdən biri şəxsin səfəri olması ilə əlaqədardır. Müəyyən olunmuş məsafədən artıq yol qət edən şəxs səfəri sayılır və oruc tutmaya bilər. Lakin bu halda sonradan həmin günlərin qəzasını tutmalıdır. Digər bir nüans isə xəstəlilə əlaqədardır. Oruc sağlamlığa zərər verərsə və ya sağalma prosesini ləngidərsə, şəxs orucu təxirə sala bilər. Ahıllıq və hamiləlik kimi hallar da orucu təxirə salmağa imkan verir. 
Peyğəmbərimiz Məhəmməd (s.ə.s) dövründə baş verən Bədr döyüşü və Məkkənin fəthi Ramazan ayına təsadüf edib. Beləliklə, Ramazan həm də fəth ayıdır. Bu fakt özü göstərir ki, müharibə şəraiti orucun ümumi şəkildə ləğvi anlamına gəlmir. Əgər hərb zamanı hərbçilər müəyyən müddəti məsafə baxımından keçərsə, həmin halda səfər hökmləri tətbiq edilir. Əks halda, müharibə insanın avtomatik olaraq oruc tutmaması üçün səbəb deyil".
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı