Modern.az

Vətəndaşlar deputata ən çox nə ilə bağlı müraciət edir?

Vətəndaşlar deputata ən çox nə ilə bağlı müraciət edir?

Aktual

Bu gün, 12:10

Turizm Azərbaycanın iqtisadiyyatı üçün mühüm sahələrdən biridir və neft sektorundan sonra ölkəyə ən çox valyuta gətirən istiqamətlərdən sayılır. 

Modern.az xəbər verir ki, bu fikirləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Turizm Peşəkarları Assosiasiyası arasında Assosiativ Əməkdaşlıq Memorandumunun imzalanması mərasimində Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayının daha da artırılması üçün mövcud baryerlərin aradan qaldırılması və dövlət dəstəyinin genişləndirilməsi vacibdir.

V.Bayramov həmçinin məşğulluq məsələsinə toxunaraq bildirib ki, vətəndaş qəbullarında müraciətlərin böyük hissəsi işlə bağlı olur:

“Bir tərəfdə iş axtaranlar, digər tərəfdə isə işçi tapa bilməyən sahibkarlar var və bu problemin həlli üçün əlavə mexanizmlərə ehtiyac duyulur. Müxtəlif təşkilatların birgə fəaliyyəti, xüsusilə gənclərin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı