Samuxda “Narkomaniya ilə mübarizə” və “Erkən nikah və bunun təhsil həyatına təsiri” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” icrasının təmin edilməsi məqsədilə Samux rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Nurlan Baxışlı tərəfindən “Narkomaniya ilə mübarizə” və prokurorun köməkçisi, II dərəcəli hüquqşünas Leyla Əlizadə tərəfindən “Erkən nikah və bunun təhsil həyatına təsiri” mövzusunda 03.03.2026-cı il tarixində, Samux rayon Aluşağı kənd tam orta ümumtəhsil məktəbində məktəbin yuxarı sinif şagirdlərinin və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Çıxış edənlər narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlərdən, bu istiqamətdə aparılan mübarizə tədbirlərindən, eləcə də erkən nikahın hüquqi məsuliyyəti və onun yeniyetmələrin təhsil həyatına mənfi təsiri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, gənclərin sağlam həyat tərzi seçməsi, təhsilə davamlı yanaşması və hüquqi biliklərinin artırılması cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici tövsiyələr verilib.