Tanınmış meyxanaçı Rüfət Kərimovu (Nasosnu) İTV telekanalında yayımlanan “Milyonçu şou”da çıxışından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüşə dəvət edib.
Modern.az xəbər verir ki, bu barədə meyxanaçının özü sosial şəbəkə hesabında məlumat verib.
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, cənab Zakir Fərəcov 600 min vətəndaşın olduğu şəhərdə məni də diqqətdən kənarda saxlamayıbsa, bu incəsənətə və sözə verilən qiymətdir. Hər şeyə görə təşəkkür edirəm"-deyə meyxanaçı bildirib.
