Modern.az

İrandan Azərbaycana təxliyə olunanların sayı ARTIB

İrandan Azərbaycana təxliyə olunanların sayı ARTIB

Ölkə

11 Mart 2026, 15:48

Fevralın 28-i saat 08:00-dan martın 11-i saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2225 nəfər təxliyə edilib.

Modern.az xəbər verir ki, təxliyə olunanların 394-ü Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 674 Çin, 293 Rusiya, 174 Tacikistan, 140 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 25 Əlcəzair, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Böyük Britaniya, 9 Kanada, 8 Braziliya, 8 Qazaxıstan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 5 Serbiya, 5 İsveçrə, 5 Çexiya, 5 Əfqanıstan, 5 Avstriya, 5 Hindistan, 4 İordaniya, 4 Banqladeş, 4 Türkiyə, 4 Ukrayna, 4 Şri-Lanka, 4 Küveyt, 4 Bəhreyn, 4 ABŞ, 4 Finlandiya, 4 Niderland, 3 Qətər, 3 Filippin, 3 Xorvatiya, 3 Danimarka, Avstraliya 3, Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sloveniya, 2 İsveç, 2 Sudan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, eyni zamanda, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizdən hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu