Modern.az

Yeni müharibə olmayacaq - Paşinyan söz verdi

Yeni müharibə olmayacaq - Paşinyan söz verdi

Aktual

Bu gün, 17:01

“Mənim şəxsi inancıma görə, 2024-cü ilin mart-aprel aylarında Ermənistan dövlətçiliyinin son həddinə çatmışdıq. Əgər 2024-cü ilin aprelində Azərbaycanla sərhəd demarkasiyası prosesinə başlamaq qərarı verməsəydik, bu gün Ermənistan müstəqil dövlət deyil, ən çox xarici hakimiyyət altında olan ərazi olardı”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində bəyan edib.

“Sərhəd demarkasiyası qərarını vermək çox çətin idi. Kilsəmizin faktiki rəhbəri tərəfindən təşviq edilən arxiyepiskoplardan biri Ermənistanda təkcə sərhəd demarkasiyasını aparmamağı, həm də mahiyyət etibarilə Qarabağ hərəkatını, yəni münaqişəni aktivləşdirməyi tələb edən hərəkat başlatmışdı. Ermənistan hökumətinin Ermənistanın suveren ərazilərini və orada yerləşən qədim kilsələri və yaşayış məntəqələrini Azərbaycana verməyə hazırlaşdığını iddia edən yüksək vəzifəli ruhanilər və onları dəstəkləyən müxalifət qüvvələri tərəfindən aparılan dezinformasiya kampaniyasına aludə olan on minlərlə vətəndaş küçələrə çıxdı”, - deyə Paşinyan bildirib.

Paşinyan yeni müharibəyə yol verməyəcəklərini bildirib.

“Minlərlə qurbanın hesabına əldə edilən sülhün və müstəqilliyin antixristian məqsədlər üçün qurban verilməsinə imkan verməyəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV