Modern.az

İspaniya səfirini geri çağırdı - İsraildən

İspaniya səfirini geri çağırdı - İsraildən

Dünya

11 Mart 2026, 17:41

İspaniya hökuməti İsraildəki səfirini geri çağırmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bundan sonra Təl-Əvivdəki İspaniya səfirliyi müvəqqəti işlər vəkili tərəfindən idarə olunacaq.

Xatırladaq ki, ötən həftə Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi solçu hökumət ABŞ-İsrail müharibəsini İrana qarşı təhlükəli və qanunsuz adlandırıb. Madrid həmçinin ABŞ təyyarələrinin İspaniyanın cənubundakı hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadəsini qadağan edib. Bundan sonra-3 martda Tramp Madridə qarşı tammiqyaslı ticarət embarqosu tətbiq etməklə hədələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi