Modern.az

ABŞ Rusiya və Çinə hücum planı hazırlayır - Zərdüşt Əlizadə

ABŞ Rusiya və Çinə hücum planı hazırlayır - Zərdüşt Əlizadə

Aktual

Bu gün, 14:00

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Müharibənin ilk günlərindən tərəflər arasında qarşılıqlı zərbələr endirilib, regionda hərbi və siyasi risklər artıb. Baş verən hadisələr fonunda ekspertlər münaqişənin mümkün nəticələri və gedişi ilə bağlı müxtəlif proqnozlar səsləndirirlər.

Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında müharibənin gedişini tarixi paralellərlə qiymətləndirərək mövqeyini açıqlayıb:

"ABŞ-İsrail ittifaqının hücumuna baxmayaraq, İranla müharibənin nəticəsini əvvəlcədən qəti şəkildə proqnozlaşdırmaq doğru deyil".

Politoloq tarixdən misal çəkərək qeyd edib ki, II Dünya müharibəsi də Sovet İttifaqı üçün ağır məğlubiyyətlərlə başlamışdı. Lakin 1943-cü ildə baş verən dönüş nöqtəsindən sonra sovet qoşunları əks-hücum təşkil edərək Almaniyanı geri çəkilməyə məcbur etmiş və nəticədə müharibədə qalib gəldi.

Zərdüşt Əlizadənin sözlərinə görə, hazırkı vəziyyətdə ABŞ-İsrail birliyi böyük hərbi və iqtisadi resurslara malikdir və İslam dünyasının dağınıqlığı da bu balansda rol oynayır:

Buna baxmayaraq, o hesab edir ki, İran tərəfinin müqavimət göstərməsi gedişata ciddi təsir edir.

"İran Silahlı Qüvvələri ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə almaqla yanaşı, İsraili də əsas hədəf kimi müəyyənləşdirib. İranın Hörmüz boğazı ətrafında atdığı addımlar qlobal iqtisadiyyat üçün də risklər yaratdı".

Z.Əlizadə həmçinin cəmiyyətlərin müharibəyə reaksiyasının nəticələrə təsir göstərə biləcəyini qeyd edib:

" İran cəmiyyətində müqavimət əhval-ruhiyyəsi müşahidə olunur".

Politoloqun fikrincə, regionda genişmiqyaslı müharibə baş verərsə, bunun nəticələri təkcə İranla məhdudlaşmaya bilər və daha geniş geosiyasi proseslərə təsir göstərə bilər:

"İran məğlub olarsa, regionun digər ölkələrinə də hücum gözlənilir. ABŞ-İsrail müttəfiqliyi daha sonra Rusiya və Çinə hücum planı hazırlayacaq"

 

Sizə yeni x var
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!