Modern.az

Dövlət Agentliyinin “Komanda-Qərargah” təlimi keçirilib

Dövlət Agentliyinin “Komanda-Qərargah” təlimi keçirilib

Aktual

Bu gün, 14:47

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ Regional İdarəsində cari il üçün Tədbirlər Planına uyğun olaraq “Komanda-Qərargah” təlimi keçirilib.

Bu barədə Modern.az-a Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Martın 11-də keçrilən təlim Müdafiə, Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, “BP Caspian Sea Exploration ltd” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutub.

“Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması” məsələlərinə həsr olunmuş təlimin məqsədi bu sahədə mümkün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar