Modern.az

Müdafiə Nazirliyi Türkiyəyə hücumu pislədi

Müdafiə Nazirliyi Türkiyəyə hücumu pislədi

Aktual

Bu gün, 17:07

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə İranın növbəti raket hücumu ilə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatda Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışı qəti şəkildə pislənilib.

"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. 

Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir.
Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik",-bəyanatda deyilir.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?