Bu gün Azad Vətən Partiyasının (AzVP) ofisində Siyasi Şuranın növbəti iclası keçirilib.
Modern.az-a verilən məlumata gör, Siyasi Şuranın sədri Novruz Novruzov iclasda çıxış edib.
Əvvəlcə partiyaya üzv olmaq istəyən namizədlər, o cümlədən tanınmış jurnalist Əntiqə Rəşid iştirakçılara təqdim edilib və partiyaya qəbulu müzakirə olunub. Müzakirələrdən sonra namizədlər partiyaya qəbul edilib.
Partiya sədri Akif Nağının təqdimatı ilə gündəlikdə duran ikinci məsələ ilə bağlı hesabat - çıxışı dinlənilib. Beləki, partiya sədri qərarların icrası və görülmüş işlərlə bağlı son üç ayı əhatə edən hesabat dövrünü partiya üzvlərinin müzakirəsinə çıxarıb.
Rəsmiyyə Rzalı, Hacı Mehdi, Hacı Əkbər Rüstəmov, Tacəddin Əyyubov, Haşim İsgəndərli, Rafiq Quliyev, Afiq Axundov, Ceyhun Tağıyev, Elxan Rəhimov, Kərəm Səfərov və başqları məsələ ilə bağlı fikir və rəylərini bildiriblər,
İclasda ABŞ, İsrail – İran müharibəsi müzakirə olunub, Naxçıvan ərazisinin vurulmasına münasibət bildirilib.