Niderlandın paytaxtı Amsterdamda partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 mart gecəsi Amsterdamın Zuidas biznes rayonundakı Atrium ofis binasının yaxınlığında partlayış baş verib.
Partlayış nəticəsində kiçik bir yanğın baş verib və binanın təhlükəsizlik işçiləri yanğını söndürə biliblər. Hadisə nəticəsində binanın qapısına kiçik ziyan dəyib. Xəsarət alan olmayıb.
Sosial mediada yayılan videolarda partlayışın özünü "Əshab əl-Yamin" adlandıran və yəhudi müəssisələrinə hücumlara görə məsuliyyət daşıyan İrana yaxın şiə qrupu tərəfindən törədildiyi ehtimal olunur.