Modern.az

Deputat Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirib

Deputat Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirib

Aktual

16 Mart 2026, 15:53

Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

Modern.az xəbər verir ki, qəbul zamanı seçicilər yaşadıqları binada təbii qaz təchizatı, məşğulluq, veteran statusunun alınması və digər sosial məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Deputat qaldırılan hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müraciətlər ediləcəyini və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!