Modern.az

Dövlət Agentliyinin şəxsi heyəti ziyarətdə - FOTOLAR

Dövlət Agentliyinin şəxsi heyəti ziyarətdə - FOTOLAR

Aktual

Bu gün, 15:44

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti martın 16-da - peşə bayramı günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Modern.az-a SOMDA-nın Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Fəxri xiyabana gələn Agentliyin rəhbərliyi və əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Agentliyin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanında Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!