Rusiya Prezidenti Vladimir Putin bir sıra ölkələrin liderlərini Novruz bayramı münasibi ilə təbrik edib.
Modern.az-ın məlumatına görə, bu barədə rəsmi Kremlin saytında məlumat dərc olunub.
Rusiya Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarova, Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmona, Türkmənistan Prezidenti Serdar Berdimuhammadova, Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdimuhammadova və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə Novruz bayramı münasibətilə təbriklər göndərib.
Təbrik məktublarında MDB ölkələri ilə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub və onlarla qarşılıqlı faydalı, çoxşaxəli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.