Modern.az

27 yaşlı qadınla evlənən 71 yaşlı azərbaycanlı biznesmen...

27 yaşlı qadınla evlənən 71 yaşlı azərbaycanlı biznesmen...

Aktual

Bu gün, 11:40

“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. 

Aralarında 43 il yaş fərqi olan cütlüyün artıq övladının dünyaya gəldiyi də qeyd olunur.

Qeyd etmək yerinə düşərdi ki, Araz Ağalarov və İrina 40 ildən artıq evli olub. Onların bu nikahdan Emin və Şeyla adlı övladları var.

Modern.az  Araz Ağalarovun dosyesini təqdim edir.

Araz Ağalarov 1955-ci ildə noyabrın 8-də Bakıda anadan olub.

1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olub, 1982-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub.

Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub.

1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dən olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Artıq 5 il sonra onun sərgisi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada III yeri tutub.

Beləliklə, RF-də müxtəlif sayələrə dair beynəlxalq sərgilər üzrə yeganə böyük operator olub. Bundan başqa, 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan "Ağalarov evi"nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib.

Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan "Krokus siti" şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi "Krokus siti" son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.

Araz Ağalarov iqtisad elmləri doktorudur. "Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, "Krokus-Bank" idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və "Opora Rossii" ictimai təşkilatının vitse-prezidenti, "Biznes i vıstavkı" jurnalının baş redaktorudur.

Araz Ağalarovun sərgilərin təşkili və keçirilməsində böyük səriştəsi var. 1985-ci ildə kooperativ hərəkatı başladıqda ÜİHİMŞ-dakı vəzifəsindən imtina edərək kiçik bir müəssisə açıb. Hələ 1990-cı ilə qədər moskvalı biznesmenlər kompüter arxasınca Honkonqa, Sinqapura, Tayvana, bəzən də Amerikaya gedirdilər.

Tədarükçüləri kompüter sərgilərinin keçirildiyi yerlər maraqlandırırdı. Araz Ağalarov düşünürdü ki, bəs Rusiyada niyə belə sərgilər keçirilməsin, onun yaratdığı müəssisə məhz bu işlərlə məşğul olmağa başladı və 1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil etdi. Sərgi "Comtech" adlanırdı.

1995-ci ildə onun sərgiləri Las-Veqasda Comdex və Hannoverdə keçirilən Cebit sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazandı. Araz Ağalarov sonralar "Comtech"dəki payını bir ingilis şirkətinə sataraq "Krokus Siti" layihəsini həyata keçirməyə başladı.

1991-ci ildə Araz Ağalarov Stoleşnikov döngəsi ilə Petrovkanın kəsişdiyi yerdə ilk eksklüziv ayaqqabı mağazası açdı. Bu, o vaxtlar çox məşhur mağaza idi.

1995-ci ildə Araz Ağalarov yaşayış evi tikmək fikrinə düşür və Moskvanın ən bahalı və elit evi sayılan "Ağalarov evi"nin tikintisini başa çatdırır. Onun 1997-ci ildə Moskva dairəvi avtomobil yolu (MKAD) ilə Kaşirsk şosesinin kəsişdiyi yerdə tikdirdiyi ilk hipermarketin də dünyada tayı-bərabəri yoxdur. Çünki orada eyni vaxtda 400 min adda mallar satılır.

Diqqətçəkən cəhətlərdən biri də odur ki, Araz Ağalarov "Krokus siti"yə daxil olan ilk obyektlərini ya keçmiş çirkab çalaları olan yerdə, ya da bataqlıqda tikdirib. "Sənin evin" ticarət mərkəzini tikən zaman ilk traktor əraziyə girərkən bataqlıqda batmışdı. Sonradan onu qaldırıcı kranla çəkib çıxardılar. Bu bataqlıqları qurutmaq üçün orada drenaj quruldu, əraziyə çoxlu çınqıl və qum töküldü.

"Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu" qeyri-kommersiya təşkilatının təsisçisidir. Təşkilat istedadlı uşaqları və gənc musiqiçiləri dəstəkləyir və dövlət ali musiqi məktəblərinin sonuncu kurs tələbələri üçün təqaüd proqramı hazırlayıb.

Şəxsən Araz Ağalarovun bu sahədə xidmətləri əvəzsizdir. O, kompaniyası ərazisində yerləşdiyi Krasnoqorski rayonunun uşaq evlərinə kömək göstərir və xeyriyyə aksiyalarında iştirak edir. O, istedadlı azərbaycanlıların xaricdə təhsil almasına köməklik göstərməyi də özünə borc bilir.

Araz Ağalarov 50-dən çox elmi işin, "Rossiya na puti k rınku" monoqrafiyasının müəllifidir, 2012-ci ildə Forbes jurnalının Rusiyanın "daşınmaz əmlak kralları"na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutur. Onun rəhbərlik etdiyi "Crocus" şirkətinin daşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 mln. dollar təşkil edib.

Mükafatları

2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2013-cü ildə isə "Şərəf" ordeni ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB