Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.
Modern.az-ın məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü Z.Həsənova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 52 yaşlı qadına yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.