Modern.az

Yatmazdan əvvəl bunları etməyin 

Yatmazdan əvvəl bunları etməyin 

Aktual

Bu gün, 05:39

Yuxu keyfiyyətini dərmansız yaxşılaşdırmaq üçün bir sıra sadə qaydalara əməl etmək kifayətdir.

Modern.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Aleksandr Kazaçenko danışıb.

Onun sözlərinə görə, ilk növbədə yatmazdan əvvəl ağır qidalardan, kofeindən, alkoqoldan və elektron cihazlardan uzaq durmaq lazımdır. Axşam yeməyinin yuxudan ən azı 3–4 saat əvvəl qəbul edilməsi və yüngül qidaların seçilməsi tövsiyə olunur.

Həkim qeyd edir ki, telefon və digər ekranlardan yayılan işıq melatonin hormonunun ifrazını azaldır və beyin aktiv qalır, bu isə rahat yuxuya mane olur. 

Digər tərəfdən, əgər uzunmüddətli istirahətə baxmayaraq, halsızlıq keçmirsə, bu, anemiya ilə bağlı ola bilər. Xroniki yuxusuzluq orqanizmi zəiflədir və xəstəliklərin gedişini ağırlaşdırır. Dünyada insanların təxminən dörddə biri anemiyadan əziyyət çəkir, xüsusilə reproduktiv yaşda olan qadınlar, vegetarianlar və həzm sistemi problemləri olan şəxslər risk qrupuna daxildir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır