Modern.az

İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

Aktual

6 Aprel 2026, 11:28

İrandan Azərbaycana 21 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!