Modern.az

Quldurluq etdi, evindən "kalaşnikov" çıxdı

Quldurluq etdi, evindən "kalaşnikov" çıxdı

Aktual

Bu gün, 11:42

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!