Modern.az

İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi

İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi

Aktual

Bu gün, 12:06

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Modern.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!