Modern.az

Metronun "İçərişəhər" keçid kamerasının inşası bu tarixdə tamamlanacaq

Metronun "İçərişəhər" keçid kamerasının inşası bu tarixdə tamamlanacaq

Aktual

Bu gün, 13:24

Bakı metrosunda "İçərişəhər" keçid kamerasında tikinti işləri 2028-ci ilin sonuna qədər tamamlanacaq.

Modern.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

"İçərişəhər"də dönmə kamerası iki böyük hissədən ibarətdir. Burada təxminən 465 metr uzunluğunda yeni tunellərin inşası planlaşdırılır. Onlar müxtəlif ölçülü tunellərdir, bir az ağır konstruksiyadır. Eyni zamanda, tunelləri tikmək üçün inşa edəcəyimiz, qazacağımız şaxtanın ərazisində 200-250 avtomobillik yeraltı avtomobil dayanacağı inşa ediləcək. Ona görə 2028-ci ilin sonuna qədər "İçərişəhər" keçid kamerası və yeraltı avtomobil dayanacağı inşası tam bitəcək", - o vurğulayıb.

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada