Modern.az

Lavrov Ermənistan nümayəndə heyətini ələ saldı

Lavrov Ermənistan nümayəndə heyətini ələ saldı

Aktual

Bu gün, 12:24

Moskvada Ermənistan nümayəndə heyəti ilə görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov zarafatla hibrid təhdidlərə qarşı mübarizə üzrə Aİ işçi qrupunun İrəvana gəlib-gəlmədiyini soruşub.

Modern.az "Hraparak" qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, sual Ermənistan və Rusiya nümayəndə heyətləri Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların mətbuata açıq hissəsinin başlamasını gözləyərkən verilib.

Qəzet qeyd edir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavab olaraq onların nədən danışdıqlarını başa düşmədiyini deyib. Qəzet əlavə edir ki, Lavrovun şərhinin bir hissəsi Rusiya mediasında yer alıb, lakin Ermənistan tərəfinin cavabı barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ