Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib.
Möhübbət Hümbət oğlu Nəcəfli 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1984-1989- illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib,
Əmək fəaliyyətinə AMEA-nın “BİOTEX” EİB-nin birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1993-2016-cı illərdə BDU-nun Biologiya fakültəsinin nəzdindəki “Biotexnologiya” ETL-də elmi işçi, 2007-ci ildən “Gənc İstedadlar” liseyində müəllim, 2016-cı ildən Biologiya fakültəsinin Həmkarlar təşkilatının sədri, 2016- 2020-ci illər ərzində Bitki fiziologiyası kafedrasında müəllim işləyib.
2016-cı ildən həm də Genetika kafedrasında müəllim kimi fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!