Modern.az

ABŞ şirkətləri İlham Əliyevlə görüş üçün sıraya düzülüb

ABŞ şirkətləri İlham Əliyevlə görüş üçün sıraya düzülüb

Analitika

23 Sentyabr 2025, 17:43

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün ABŞ-yə səfər edib. Ölkə başçısı səfəri çərçivəsində bir sıra görüşlər keçirib. "Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker kimi şəxslərlə görüşüb. 

Ölkə başçısının bu görüşlərinin ciddi əhəmiyyət daşıdığı, eləcə də həmin şirkətlərin Azərbaycana marağının artmasında mühüm rol oynadığı düşünülür.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə həm ölkə daxilində, həm də xaricdə keçirilən əksər beynəlxalq tədbirlərdə aparıcı şirkət sahiblərinin özlərinin müraciəti əsasında Azərbaycan Prezidenti ilə görüşlərinin baş tutması müşahidə olunur:

"Bu bir tərəfdən Prezidentin şəxsi nüfuzunu, digər yandan Azərbaycanın gücünü göstərir. Nəzərə alsaq ki, Azərbyacan Prezidentinin qəbul etdiyi qərarlar və müəyyən etdiyi strategiya regionda yeni düzən formalaşdırıb. Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan nəinki regional, bir sıra beynəlxalq mövzularla bağlı qərarların qəbulunda təsir imkanına malikdir. Bu təbii ki, məhz Azərbaycanın güclü və uzaqgörən dövlət başçısına sahib olduğunu bir daha göstərir. Belə görüşlərin qarşı tərəfin təklifi ilə keçirilməsi qürurvericidir. Təbii ki, bu əməkdaşlıq Azərbaycan üçün vacib əməkdaşlıqlardandır".

Deputat vurğulayıb ki, "Brookfield Asset Management” dünyanın aparıcı şirkətlərindən biridir:

"Bu cür şirkətlərlə əlaqələrin qurulması, xüsusilə də qeyri-neft sektoruna sərmayənin cəlbinə imkan yaradır, təşviq edir. Belə bir əməkdaşlıq həm Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsi, həm dəölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin daha da geclənməsi aspektindən vacib hesab olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək