Modern.az

Zelenskinin təslim olmaqdan başqa çarəsi qalmayacaq

Zelenskinin təslim olmaqdan başqa çarəsi qalmayacaq

Analitika

22 Noyabr 2025, 17:23

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı təklif etdiyi sülh planı ciddi rezonans doğurub. Müddəaları Moskva ilə birgə işlənib hazırlanan plan Ukrayna tərəfindən təslim aktı kimi dəyərləndirilərək rədd edilib. 

Məhz Zelenskiyə təzyiqlərin olacağı və hətta bu təzyiqlərin onun hakimiyyətdə qalmasını da sual altına alacağına dair müəyyən fikirlər səsləndirilir.

Modern.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Ukrayna ilə bağlı Tramp administrasiyasının sülh təklifi bir daha siyasi proseslərə romantik baxılmasının doğru olmadığını göstərdi:

“Siyasi proseslər real, strateji, proqramalaşdırılmış mahiyyət daşıyır. Vaxtilə Azərbaycanı da təhdid edirdilər ki, torpaqlarının işğalı ilə barışsın. Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu dövrdə Azərbaycana ultimatom formasında bildirirdilər ki, status-kvonun müharibə ilə dəyişdirilməsi mümkün deyil. Böyük dövlətlər tərəfindən ciddi şəkildə ölkəmizə qarşı təzyiqlərin şahidi olmuşuq. İndi də Ukraynaya təzyiqlər edirlər. Amma Ukrayna ilə Azərbaycanı fərqləndirən əsas əlamət ondan ibarətdir ki, coğrafi cəhətdən kiçik olan Azərbaycan böyük prinsipial fəaliyyət nümayiş etdirdi, müharibə ilə torpaqlarını azad etdi. Azərbaycan bununla da kifayətlənməyib antiterror əməliyyatları keçirərək ATƏT-in Misk qrupuna, BMT-nin Təhlükəsizlik Şurasının 3 dövlətinə ərazilərinin beynəlxalq hüquq üzrə azad edildiyini və  ərazisində nə hər hansı bir terrorçunun qalmasına, nə də ərazisinin bir hissəsinin işğal altında qalmasına şərait yaradacağını göstərmiş oldu.

Bu, əvvəlcədən düşünülmüş xarici və daxili siyasət nəticəsində baş tutdu. Ukrayna da isə biz onu görürük ki, korrupsiya qalmaqalı hakim siyasi elitaya qarşı həm daxili qüvvələr, həm də onların Qərb partnyorları tərəfindən təzyiq elementi kimi istifadə edilir. Nəinki ABŞ, hətta Böyük Britaniyanın "Teleqraf" qəzeti başda olmaqla, bir çox KİV bu və ya digər şəkildə Zelenskini günahlandırırlar və hakim partiyanın bəzi üzvlərini istefaya çaırırlar. Bu da Rusiyanın Kupyanskda daxil olmaqla bir sıra əraziləri ələ keçir, hücumlarını davam etdirdiyi bir vaxtda baş verir. Bundan əlavə Trampın  planının Zelenskinin üzərinə gəlməsi o deməkdir ki, hadisələr heç də təsasdüfi deyil".

Politoloq vurğulayıb ki, Avropa bu dəfə Ukraynanı müdafiə etməsə, Zeelenskinin təslim olmaqdan başqa çarəsi qalmayacaq:

"Hadisələr sistemli xarakter alır və Zelenski kifayət qədər ciddi şəkildə seçim qarşısında olacaq. Bu təzyiq və ultimatumdur. Faktiki olaraq, əlbəttə, bu ədalətsiz yanaşmadır, amma real siyasətdir. Vaxtında düşünülmüş siyasət aparmaq və özünə güvənmək lazımıydı. Gəlin etiraf edək ki, 30 il ərzində Ukrayna suveren dövlət qura bilməyib. Ukrayna vahid ideoloji xəttə əsaslanan sosial, etnik, siaysi qruplar arasında fəaliyyət formalaşdıra bilmədi. Ukraynanın maliyyə və hərbi imkanları məhdud şəkildədir. Avropa ölkələri bu dəfə Ukraynanı müdafiə etməzsə, Zelenski faktiki olaraq, tək qalacaq və onun təslim olmaqdan başqa çarəsi qalmayacaq. Dünya bir daha beynəlxalq qrupların, Qərbin ikiüzlü siyasəti ilə üz-üzədir. Bunu etiraf etmək lazımdır. Əgər təslim planı həyata keçərsə, bu Avrasiyanın orta xətti üçün ciddi şəkildə çağırış olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?