Modern.az

Əvvəl Kipr türklərinə qarşı casusluq edirdi - bu dəfə Azərbaycana qarşı

Əvvəl Kipr türklərinə qarşı casusluq edirdi - bu dəfə Azərbaycana qarşı

Analitika

Bu gün, 15:27

Ermənistandakı Avropa Müşahidə Missiyasının yeni rəhbəri Satu Koyvu Baş nazir Nikol Paşinyanla görüşüb.

Modern.az xəbər verir ki, o, Markus Ritterin yerinə bu posta təyin olunub.

Koyvu vəzifəsinin icrasına fevralın 20-də başlayıb və bu gün Ermənistan Baş nazirinə missiyanın fəaliyyəti barədə məlumat verib. Hökumətin mətbuat xidmətinin məlumatına görə, onların söhbətinin mövzusu Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi olub.

Əslində müşahidə yox, casus şəbəkəsi olan və sərhədlərimizi gec-gündüz müşahidə edən bu “missiya” Azərbaycan-Ermənistan sərhədində sabitlik deyil, süni gərginlik yaratmağa xidmət edir.

100 müşahidəçidən ibarət EUMA missiyası 2023-cü ilin fevral ayında Ermənistana göndərilib. 2023-cü ilin dekabrında Aİ xarici işlər nazirləri missiyanı 209 müşahidəçiyə qədər genişləndirmək qərarına gəliblər. Daha sonra Kanadadan bir nümayəndə missiyaya qoşulub və faktiki olaraq elan edilmiş formatdan çıxdığını göstərib.

EUMA-nın əsas ofisi Yexeqnadzorda yerləşir və missiyanın Cermuk, Yexeqnadzor, Martuni, Qafan, Gorus və İcevanda 6 məntəqəsi də var. 30 yanvar 2025-ci ildə Avropa Birliyi mandatın 19 fevral 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

Modern.az-ın əldə etdiyi məlumata əsasən, Avropa casus missiyasının yeni rəhbəri Satu Koyvo isə Finlandiya polisində çalışıb və 35 ildən çox milli və beynəlxalq təcrübəyə malik yüksək vəzifəli zabitdir. Ermənistandakı AB Missiyasının rəhbəri təyin olunmazdan əvvəl Finlandiya Milli Polis Şurasında İnsan Resursları şöbəsinin rəhbəri olub.

Bu vəzifədə o, agentliyin ictimai siması kimi xidmət etmiş və xüsusilə, o, son illərdə Finlandiyada polis intiharlarının ciddi narahatlıq doğurduğunu açıq şəkildə etiraf etmişdi. O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə BMT və AB missiyalarında yüksək vəzifələr tutub.

Koyvu, Kiprdəki Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələri olan UNFICYP-də baş polis məsləhətçisi vəzifəsində çalışmış, orada BMT Polis xidmətinin rəisi vəzifəsində çalışmış və 69 beynəlxalq polis heyətinə rəhbərlik etmişdir.

Onun məsuliyyət sahəsi adanın Yunan və Türkiyə hissələri arasındakı bufer zonası idi. Satu Koyvu BMT sülhməramlı polisində yüksək vəzifə tutan ilk Finlandiya vətəndaşı oldu. Onun fəaliyyəti dövrü ərzində türk Kiprinə qarşı qərəzli qərəzli fəaliyyət göstərməsi və yunan tərəfinin xeyrinə kəşfiyyat məlumatları toplaması barədə iddialar da çox səslənib.

İstənilən halda, Ermənistan rəhbərliyinin rəsmi Bakının rasional və təkidli çağırışlarına baxmayaraq, region 3-cü tərəflər üçün poliqona çevirməsi və ölkə sərhədlərimizdə casus şəbəkəsi formalaşdırması iki ölkə arasında aparılan sülh danışıqlarının mahiyyətinə tamamilə ziddir. Rəsmi İrəvan sülh gündəliyinə sadiqdirsə, ərazisində Avropa İttifaqının monitorinq missiyasını ərazisindən çıxarmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA