Modern.az

Həm Putin, həm də Paşinyan yalan danışdılar

Həm Putin, həm də Paşinyan yalan danışdılar

Analitika

Bu gün, 13:00

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı dünənki görüş əslində seçki debatı idi”.

Modern.az xəbər verir ki, buni Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

“Moskvanın hələ də forpost gözündə gördüyü Ermənistandakı parlament seçkisi öncəsi Vladimir Putin revanşistlərin, Paşinyan isə Azərbaycanla sülhü dəstəkləyənlərin lideri kimi çıxış edirdilər.
Və hər iki liderin dünya haylarına çatdırmağa çalışdıqları ilk aprel tezisi bundan ibarət idi ki, Rusiya Prezidentinin onlar üçün də "həssas məsələ"(?!) olduğunu vurguladığı Qarabağın əllərindən çıxmasında məhz qarşısındakı günahkardır.

Bunu "1 Aprel zarafatı" adlandırmaq olarmı, bilmirəm, amma həm Putin, həm də Paşinyan açıq-aşkar yalan danışırdılar. Çünki nə vaxtilə "Qarabağ Ermənistandır" deyə bağıran Ermənistan Baş naziri, nə də rus əsgərinin ayağı dəydiyi yerdən çıxmadığını fəxrlə bildirən Rusiya Prezidenti indiki reallığın yaranmasını istəyirdilər.

Bu reallığı yaradan millət və lider var. O millət şəhidləri başda olmaqla azərbaycanlılar, lider isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir”, - S.Alıyev qeyd edib.

Vladimir Putinlı Nikol Paşinyanın Kremldəki görüşünü şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya lideri erməni baş nazirə qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını edib:

“Putin vaxtilə eyni sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib. Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəniz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq. Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin. Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomatik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi”.

Xatırladaq ki, Kremlidə baş tutan dünənki görüşdə Painyan Qarabağ hərəkatının davam etməməli olduğunu bildirib: “Mən artıq Ermənistanda açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA