“ABŞ-la İran arasında əldə olunmuş atəşkəs razılaşması pozula bilər, əlbəttə. Ancaq artıq həm Tramp, həm də Netanyahu anlayırlar ki, qısa zamanda yenə başlasalar, zatən bundan artığına nail ola bilməyəcəklər, əvəzində daha əlverişsiz vəziyətə düşə bilərlər. Real vəziyət budur”.
Modern.az xəbər verir ki, bi fikirləri hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayram bildirib.
Onun sözlərinə görə, atəşkəsin siyasi-iqtisadi səbəbləri ilə bərabər, proseslərə həlledici təsiri olan hərbi-logistik səbəbi də var.
“Avropa boyda, 10 milyon kv. km-lik Yaxın Şərq və İran hərbi səhnəsində 40 gün intensiv geniş hava-raket müharibəsi misilsiz dərəcədə böyük resurs və davamlı logistika tələb edir - xüsusən, hücum tərəfi üçün.
ABŞ/İsrail koalisiyasında artıq resurs qıtlığı və logistika ritminə uyğun pauza yaranıb, davam edir.
Açıq mənbələrdən yayılan məlumatlara görə, əməliyatdan əvvəl ABŞ-ın regionda cəmləşdirdiyi 800-ə yaxın “Tomahavk” raketinin hamısı bir aya xərclənib. Həmin vaxtdan danışıqlar və atəşkəs anonsları başlandı.
Hazırda ABŞ təcili sürətdə öz region arsenallarını doldurur, qlobal logistik maşını gecə-gündüz dayanmadan bununla məşğuldur.
Həmçinin müəyyən aviasiya bombaları qıtlığı yaranıb.
Bunlarla yanaşı, 40 günə 70 min saat döyüş uçuşu etmiş koalisiya təyyarələrinin təmirə ehtiyacı var, pilotlar heyəti də yorulub...
Ən əsası isə hava hücumundan müdafiə (zenit) raketləri bitmək üzrədir və onların tez bir zamanda kompensasiyası mümkünsüzdür. Ona görə də İsrail və Körfəz ölkələri bu intensivliklə 1-2 həftəyə tamam havadan müdafiəsiz qalacaqlar.
Bu 1-2 həftəyəsə İranın bütün raket qurğularını və raket şəhərciklərin giriş-çıxışlarını vurub, sıradan çıxarmaq mümkün deyil.
Bu hərbi-logistik məsələlər koalisiyada pauzaya (atəşkəsə) kəskin ehtiyac yaratmışdı”.

N.Bayram deyib ki, Amerika kəşfiyatının yaydığı məlumata görə, İranın bu günə 50% raket qurğusu, minlərlə ballistik və qanadli raketi və dronları qalır:
“Bu nisbətdən İran döyüş bərabərliyi, “heç-heçə” yaradıb - zərbə buraxsa da, qarşı tərəf də onun zərbələrini buraxır.
İran havadan müdafiəsi zəif olduğuna görə buraxır, koalisiya isə zenit mərmisi tükəndiyinə görə buraxır.
İran müdafiə tərəfi olduğuna görə ağrıya dözümü yüksəkdi, qarşı tərəfin isə hər texnika və insan itkisi öz cəmiyətlərində müharibənin lazımlığı haqqında suallar doğurur, siyasi gündəm olur.
Bununla, havadan müdafiənin zəifliyi koalisiyayanın əhvalına, İsrail cəmiyətinə çox mənfi təsir edir, nəinki İrana və bərabər vəziyətdə İran hamıdan daha dözümlü görünür.
Bu halda koalisiyaya həm də psixoloji pauza lazım idi.
Beləliklə, əvvəlki böyük əməliyatlara hazırlıq və indi gedən əməliyatın hazırlıq zamanı dövrünə baxsaq, hərbi-logistik ritmlə bağlı yaranmış pauza - atəşkəs - ərzində regiona daşına bilən sursatla koalisiya daha 1-2 həftə müharibə eləyə bilər... Ancaq böyük ehtimalla bu sursatı istifadə etməyəcəklər, ehtiyata saxlayacaqlar”.