Modern.az

BDU-da məhkəmə zalı olacaq

BDU-da məhkəmə zalı olacaq

Ölkə

1 Sentyabr 2009, 11:58

Bu ay Bakı Dövlət Universitetinin  90 illiyi qeyd olunacaq. Yubileylə bağlı universitetdə qızğın iş gedir. Universitetin  İnzibati və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı Modern.az-a açıqlamasında bildirib ki, bütövlükdə universitetdə yenidənqurma işləri gedir: “Akt zalında təmir işləri bu ilin may ayından başlayıb. Tədris korpuslarında isə iyulun 15-dən köklü dəyişikliklərə başlamışıq. Əsas yenilik isə 1 saylı tədris binasında yerləşən hüquq fakültəsində olacaq. Burada məhkəmə zalı açılacaq. Məhkəmə zalının quruluşu da məhkəməni xatırladacaq. Əgər auditoriyada məhkəmə aurası hiss olunarsa, tələbələrin dərsə marağı daha da artar. Bu, təkcə fənnə marağı artırmayacaq, eyni zamanda, artıq gələcək iş fəaliyyətində tələbələr məlumatlı olacaqlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı