Modern.az

Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi

Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi

Diaspor

2 Yanvar 2026, 17:37

Rusiyanın Zabaykalye diyarında azərbaycanlılarla bağlı insident yaşanıb.

Modern.az xəbər verir ki, Rusiya vətəndaşlığını yenicə qəbul etmiş 3 azərbaycanlının sənədləri ləğv olunub.

Onlar sosial şəbəkələrdə Rusiya ordusunu nüfuzdan salmaqla bağlı fikirlər paylaşdığı üçün təzyiqlə üzləşiblər.

Yerli miqrasiya orqanları həmyerlilərimizi bölgədə yaşayan müəyyən miqrant qrupları arasında hərbi xidmətə mənfi münasibətə sövq etməkdə də ittiham edirlər.

Təhlükəsizlik orqanları vətəndaşlığı ləğv edilən azərbaycanlıları deport etməyə hazırlaşır.

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada