Modern.az

Azərbaycanlı həkimin sorağı Finlandiyadan GƏLDİ

Azərbaycanlı həkimin sorağı Finlandiyadan GƏLDİ

Diaspor

Bu gün, 19:18

Finlandiyada yaşayan azərbaycanlı həkim Səbinə Mirzəyeva Finlandiya Həkimlər Birliyinə üzv seçilib.

Modern.az-ın məlumatına görə, onun bu uğuru və fəaliyyəti Finlandiyanın nüfuzlu “Lääkärilehti” tibbi jurnalında işıqlandırılıb. Nəşrdə soydaşımızla müsahibə dərc olunub.

Müsahibədə birliyə üzvlük, Finlandiyaya köçdükdən sonra yerli cəmiyyətə uyğunlaşmaq, həkimlik fəaliyyətinə başlamaq kimi məqamlara diqqət yetirilib. 

Səbinə Mirzəyeva öz təcrübələrini də nəzərə alaraq Finlandiyaya miqrasiya edən həkimlərə dəstək məqsədilə yeni icma yaratmaq arzusunu dilə gətirib.

Soydaşımız Həkimlər Birliyinə üzvlüyünü iş həyatının vacib və güvənverici bir məqamı kimi qiymətləndirib. 

Məlumat üçün bildirək ki, 12 ildir Finlandiyada məskunlaşan Səbinə Mirzəyeva hazırda Lohja Sağlamlıq Mərkəzinin təcili yardım şöbəsində həkim kimi çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı