Modern.az

ABŞ dövlət katibinin köməkçisi İrəvanda Qarabağı müzakirə edəcək

ABŞ dövlət katibinin köməkçisi İrəvanda Qarabağı müzakirə edəcək

10 İyun 2021, 00:38

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker İrəvana gedib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, F.Riker səfər zamanı hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşərək ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.

 

Qeyd edək ki, regional tur çərçivəsində F.Riker artıq Tbilisidə və Bakıda olub.

 

Turan ASLAN

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı