Modern.az

Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var

Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var

Dünya

5 Avqust 2021, 17:23

Tacikistanda rusiyalı turistləri xilas etməyə cəlb olunan helikopter qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Tacikistan sərhəd xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb, göyərtədə olan 4 nəfər isə yaralanıb.

 

Xatırladaq ki, ötən ay rusiyalı turistlər Tacikistanda 6 min metr yüksəklikdə qar uçqununun altında qalıb. Onların axtarış işləri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat