Modern.az

Tovuzda ana körpə qızını atıb getdi

Tovuzda ana körpə qızını atıb getdi

Hadisə

15 Mart 2026, 11:57

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

Modern.az APA-ya istinadən xəbər verir ki, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Polis tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?