Modern.az

“Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq” - Rusiyalı senator

“Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq” - Rusiyalı senator

13 Sentyabr 2021, 16:39

“Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator, Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü Andrey Klimov açıqlayıb.

 

O, Azərbaycanla Türkiyənin hərbi təlimləri fonunda Moskvanın öz müttəfiqlərini qoruyacağını əlavə edib.

 

“Heç kəsə bizim müttəfiqliyimizi əməldə yoxlamağı məsləhət görməzdim. Eyni zamanda, Rusiya problemlərin çoxalmasında maraqlı deyil. Çünki bu heç bir tərəf üçün yaxşı bitməyəcək”, - deyə senator söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?