Modern.az

İranla nüvə danışıqları BƏRPA OLUNUR

İranla nüvə danışıqları BƏRPA OLUNUR

Dünya

27 Oktyabr 2021, 19:13

İranla altıtərəfli formatda nüvə sazişi üzrə danışıqlar noyabrın sonunadək bərpa olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü İran XİN rəhbərinin müavini Əli Baqiri özünün “Twitter” hesabında yazıb.

 

O qeyd edib ki, dəqiq tarix gələn həftə elan olunacaq.

 

Nazir müavini, həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Birgə Komissiyanın koordinatoru Enrike Moroi ilə bugünkü dialoqu “ciddi və konstruktiv” adlandırıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə