Modern.az

Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI

Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI

4 Dekabr 2021, 23:50

Xocavənd rayonunun ərazisində İkinci Qarabağ müharibəsi zamanı ölən daha bir erməni hərbi qulluqçunun cəsədinin qalıqları aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

 

Aşkar edilən cəsəd Rusiya sülməramlılarının iştirakı ilə Ermənistana təhvil verilib.

 

Onun şəxsiyyət məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

 

Ümumilikdə, müharibə başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdən 1704 erməni hərbi qulluqçunun meyitinin qalıqları tapılıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə