Modern.az

İraqdakı qarşıdurmada ölənlər var

İraqdakı qarşıdurmada ölənlər var

29 Avqust 2022, 19:15

İraqın paytaxtı Bağdadda baş verən qarşıdurma nəticəsində azı iki nəfər ölüb, 19 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

 

İnsident dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı baş verib.

 

Siyasətçinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub, daha sonra onlar saraydan çıxarılıb.

 

Bakı vaxtı ilə saat 20:00-dan Bağdad şəhərində komendant saatı tətbiq edilir.

 

Qeyd edək ki, bu gün İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bu açıqlamadan sonra onun tərəfdarları küçələrə axışıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə