Modern.az

İsrail Hələbə raket zərbələri endirdi

İsrail Hələbə raket zərbələri endirdi

31 Avqust 2022, 22:58

İsrail Suriya ordusunun nəzarətində olan Hələbin şərqində yerləşən hava limanına raket hücumu təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

 

Hadisə nəticəsində Hələb şəhərinin şərqindəki hava limanının zədələndiyi qeyd edilib.

 

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Hələbdə “Hizbullah”a məxsus İranın dəstəklədiyi qüvvələr yerləşdirilib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə