Modern.az

Rusiyaya qarşı 46 mindən çox cinayət işi açılıb

Rusiyaya qarşı 46 mindən çox cinayət işi açılıb

Dünya

3 Sentyabr 2022, 09:20

Ukraynanın hüquq-mühafizə orqanları Rusiyanın genişmiqyaslı işğalı ilə əlaqədar 46 160 cinayət faktı qeydə alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat paylaşılıb.

 

Bildirilib ki, müharibə başlayandan indiyədək 31 506 təcavüz halı və hərbi cinayətlər müəyyən edilib. Bunlardan 30 315-i müharibə qanunlarının pozulması, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, yaxud buna icazə verilməsi, 30-u isə qanlı müharibənin təbliğatı ilə bağlı olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə