Modern.az

Terrorçular yardım daşıyan 18 nəfəri öldürdü

Terrorçular yardım daşıyan 18 nəfəri öldürdü

Dünya

3 Sentyabr 2022, 18:46

"Əş-Şəbab" terror qruplaşmasının üzvləri Somalinin mərkəzi bölgəsində mülki şəxslərə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Somalinin "Sonna" adlı dövlət informasiya agentliyi məlumat yayıb.

 

Bildirilir ki, terrorçular ərzaq yardımı daşıyan yük maşınlarını yandırıblar. Bundan əlaəv, maşınlarda olan insanların çoxunu öldürüblər. Hadisə nəticəsində 18 nəfər həlak olub.

 

Qeyd edək ki, terrorçular tez-tez Somalidə həm hərbi, həm də mülki hədəflərə qarşı silahlı hücumlar həyata keçirir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə