Modern.az

Latviyada özəl təyyarə qəzaya uğradı

Latviyada özəl təyyarə qəzaya uğradı

Dünya

4 Sentyabr 2022, 22:37

Latviya sahillərində özəl təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Avstriyada qeydiyyatdan keçmiş "Cessna 551" təyyarəsinin İspaniyanın cənubundakı Xeres şəhərindən havaya qalxdığı bildirilir.

 

Təyyarə Latviyanın Ventspils şəhərinin şimal-qərbində qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə