Modern.az

"Bu, terror aktıdır" - Peskov

Dünya

5 Sentyabr 2022, 13:26

Kreml Rusiyanın Əfqanıstandakı səfirliyinin yanında törədilən partlayışı terror aktı adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

 

O, ölkəsinin Kabildəki səfirliyin yaxınlığında törədilən terror aktını qətiyyətlə pislədiyini söyləyib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kabildəki səfirliyinin yaxınlığında kamikadze tərəfindən partlayış törədilib. Nəticədə səfirliyinin iki əməkdaşı həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?